CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdə sünnət etmək qadağan edilir

© AP Photo / Olga TutubalinaDüşənbə şəhəri
Düşənbə şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin əmrindən sonra ölkədə ev şəraitində sünnət etmə qadağan ediləcək.

BAKI, 2 oktyabr — Sputnik.  Tacikistanda yeni qanun qüvvəyə minir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 1 yanvar 2019-cu il tarixindən etibarən bu ölkədə ev şəraitində sünnət etmək qadağan ediləcək. Bu barədə Tacikistanın Səhiyyə Nazirinin əməkdaşı Şerali Raxmarullayev məlumat verib.

O, deyib ki, Prezidentin əmrindən sonra ölkədə ev şəraitində sünnət etmə qadağan ediləcək.

2018-ci ildə Tacikistanda “Xalqın adət-ənənələrini, bayramlarını və mərasimlərini tənzimləmək üçün” qanunlara dəyişikliklər edilib. Bu dəyişikliklərə görə, yeni doğulan oğlan uşaqları 20 gün ərzində xəstəxanada pulsuz olaraq sünnət olunacaq.

Bu il 33 min oğlan uşağı pulsuz olaraq sünnət edilib.

Qeyd edək ki, ölkədə bu günlərdə bir valideyn iki yaşlı oğlunu evdə sünnət etdirib. Uşaq komaya düşüb. İki yaşlı körpəni xəstəxanaya yerləşdiriblər və araşdırma aparılır.

Xəbər lenti
0