Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya ölkələrinə xəbərdarlıq edilir: Təhlükə var!

© AP Photo / Gustavo GarelloBeynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard - Sputnik Azərbaycan
Abunə olmaq
BVF rəhbəri beynəlxalq ticarətin önündəki maneələrin artmasının gələcəyə dair qeyri-müəyyənlik yaratdığını açıqlayıb

BAKI, 2 oktyabr — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard beynəlxalq ticarətin önündəki maneələrin artmasının, təkcə ticarətə deyil, investisiya və istehsala da zərər verdiyini və bunun gələcəyə dair qeyri-müəyyənlik yaratdığını söyləyib.

ABŞ-da Azadlıq heykəli - Sputnik Azərbaycan
Tramp özü qazdığı quyuya düşür, ABŞ-da iqtisadi böhran başlayır

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Laqard BVF-nin gələn həftə qlobal iqtisadi artım proqnozlarını azaldacağını bildirib. O, bütün ölkə liderlərinə ticari münaqişələri azaltmaq çağırışı edib.

Laqard qlobal iqtisadiyyata yönələn təhdidlərin həyəcan yaratdığını, risklərin reallaşmağa başladığını və qlobal iqtisadi artımın ləngidiyini söyləyib. O, qlobal dəyər zəncirlərinin qırılmasının, inkişaf etmiş iqtisadiyyatlar da daxil olmaqla bir çox ölkə üzərində dağıdıcı təsirə malik ola biləcəyini diqqətə çatdırıb.

BVF rəhbəri dünya liderlərini qlobal ticarət sistemini yox etmək əvəzinə, yaxşılaşdırmaq, qorumaq və cəmiyyətə fayda vermək üçün birlikdə işləməyə çağırıb: "Üfiqdə risk buludları dolaşır. Bu risklərin bir hissəsi reallaşmağa və qlobal iqtisadi inkişafa maneə yaratmağa başlayıb".

Xəbər lenti
0