CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi sürücülərə xəbərdarlıq edir: Geciksəniz, cərimə ediləcəksiniz

© Sputnik / Murad OrujovСотрудник дорожно-патрульной службы в Баку
Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq

BAKI, 1 oktyabr — Sputnik. Avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-nə qədər davam edəcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

DYP işçisi Mirzəliyev Xəqani - Sputnik Azərbaycan
HADİSƏ
Yol polisi kütləvi reydlər keçirir

O bildirib ki, yük avtomobillərinin və avtobusların sahibləri avtomobillərini gecikmədən texniki baxışdan keçirməlidir. Əks təqdirdə, müddət bitdikdən sonra həmin avtomobillər cərimə ediləcək: "Avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələri Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzinə təqdim edilməlidir. Onu da xüsusikə qeyd eidm ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq".

V.Əsədovun verdiyi məlumata görə, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq: "İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir".

Xəbər lenti
0