CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin payız sessiyasında görüləcək işlər məlum oldu

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
018-ci il payız sessiyasının işlər planına bir sıra məsələlər daxildir

BAKI, 1 oktyabr — Sputnik. Milli Məclisin 2018-ci ilin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

Sputnik Azərbaycan xəbər verir ki, 2018-ci il payız sessiyasının işlər planına aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri;

2. "Azərbaycan Respublikasnının Dövlət bayrağı haqqında;

3. "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında";

4. "Azərbaycan Respublikasının Dövlət himni haqqında";

5. "Konstitutsiya qanunu layihələri;

6. "Standartlaşdırma haqqında";

7. "Kabel şəbəkəsi haqqında";

8. "Kinematoqrafiya haqqında";

9. "Azərbaycan muğam səntinin qorunması və inkişaf etdirilməsi haqqında";

10. "Yazılı abidələr haqqında";

11. "Turizm haqqında";

12. "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında";

13. "Psixoloji yardım haqqında";

14. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında";

15. "Ümumi təhsil haqqında" yeni qanun layihələri.

Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib.

Xəbər lenti
0