Xəzərə "divan tutan" brakonyer saxlanılıb

© Sputnik / Ilham MustafayevSahildə balıq tutmağın qiyməti 5-30 manat aralığında dəyişir
Sahildə balıq tutmağın qiyməti 5-30 manat aralığında dəyişir - Sputnik Azərbaycan
Abunə olmaq
Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq, brakonyer barəsində 792 manat məbləğində iddia qaldırılıb

BAKI, 1 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri reyd zamanı Xəzər dənizinin Nargin adasının yaxınlığında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verlib. Bildirilib ki, araşdırma zamanı ov edən şəxsin Bakı şəhər sakini Rəşid Səfərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və rezin qayıq götürülüb.

Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyer barəsində 792 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.

Xəbər lenti
0