BAKI, 1 oktyabr — Sputnik. İran hərbçiləri Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbələri endirib. Bu barədə Sputnik Azərbaycan "Gazeta.ru"-ya istinadən xəbər verir.
Məlumata əsasən, aviazərbələr Əhvaz şəhərində hərbi parad zamanı terror aktının təşkilatçılarına və onların nəzarətində olan obyektlərə endirilib. Vurğulanır ki, aviazərbələr İranın İnqilab Keşikçiləri Korpusunun hərbi-kosmik diviziyası tərəfindən həyata keçirilib.
Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi paradda törədilən terror aktı zamanı 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.