"Əhali banklardakı əmanətlərini geri çəkə bilər" - Deputatdan vacib təklif

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
"Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırılmalıdır"

BAKI, 1 oktyabr — Sputnik. "Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırılmalıdır". Sputnik Azərbaycan-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov çıxış edib. 

Deputat bildirib ki, hazırda qüvvədə olan qanun gələn ilin mart ayında qüvvədən düşəcək: "Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezidenti sənədin müddətini uzatsın".

"Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər" — deyə deputat bildirib.

Xəbər lenti
0