ELM

Yeni buraxılış imtahanlarının formatı bəlli oldu

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək

BAKI, 1 oktyabr — Sputnik. Təhsil eksperti Kamran Əsədov 2019-cu ildə IX (9-cu) siniflər üçün keçiləcək buraxılış imtahanlarının tam formatını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ekspert bu barədə öz "Facebook" səhifəsində yazıb.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlavə buraxılış imtahanlarının nəticəsi açıqlandı

O, qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Belə ki, hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.

"Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq" — deyə K.Əsədov vurğulayıb.

Xəbər lenti
0