İnanılmaz rəqəm: 854 milyardlıq büdcə təsdiqləndi

© AFP 2024 / BRENDAN SMIALOWSKIПечать денег
Печать денег - Sputnik Azərbaycan
Abunə olmaq
Büdcə layihəsi Nümayəndələr Məclisindən iki gün əvvəl, Senatdan isə keçən həftə keçmişdi

BAKI, 29 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp gələn ilin büdcəsini təsdiqləyib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın gələn il büdcəsi 854 milyard dollar olacaq.

Qeyd edək ki, büdcə layihəsi Nümayəndələr Palatasından iki gün əvvəl, Senatdan isə keçən həftə keçmişdi. ABŞ prezidenti Meksika sərhədinə hörülməyə başlanan divar üçün maliyyələşmənin büdcədə əks olunmamasını tənqid etmişdi. Buna baxmayaraq, o, layihəni təsdiq edib.

Onu da bildirək ki, noyabr ayında ABŞ-da aralıq seçkilər keçiriləcək. Tramp büdcəni təsdiq etməsəydi, hökumətin fəaliyyəti müvəqqəti olaraq dayana bilərdi. Tramp layihəni imzalamaqla hökumətin fəaliyyətinin dayandırılmasını əngəlləyib.

ABŞ qanunlarına görə, 1 oktyabr tarixində başlayan maliyyə ili növbəti ilin 30 sentyabrında başa çatır.

Xəbər lenti
0