BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb.
Belə ki, bu gün günorta saatlarından başlayaraq marketlərdə və köşklərdə pərakəndə satılan siqaretlərin qiyməti qalxıb.
Sputnik Azərbaycan-ın marketlərdə müşahidə aparan əm əməkdaşı xəbər verir ki, məsələn, "LD" markalı siqaretlərin qiyməti 30 qəpik, "Sobranie" markalı siqaretlərin qiyməti 50 qəpik, "Kent"lərin qiyməti 30-40 qəpik bahalaşıb.
Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər.