Avropanın ürəyində müharibə təhlükəsi, ordu hazırlıq vəziyyətinə gətirildi

© Sputnik / Anatoly Medved / Mediabanka keçidSerbiya ordusunun əsgərləri, arxiv şəkli
Serbiya ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili işlər naziri Neboyşa Stefanoviçin əmri ilə Serbiyanın bütün polis xüsusi təyinatlı qüvvələri də tam döyüş hazırlığına gətirilib

BAKI, 29 sentyabr — Sputnik. Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətlə bağlı ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, müvafiq  əmr Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə göndərilib. Bundan əlavə, daxili işlər naziri Neboyşa Stefanoviçin əmri ilə Serbiyanın bütün polis xüsusi təyinatlı qüvvələri də tam döyüş hazırlığına gətirilib.

Qeyd edək ki, Kosovo DİN-in 60-a yaxın xüsusi təyinatlısı şimalda yerləşən "Qazivode" su elektrik stansiyasının akkumulyasiya gölü yaxınlığındakı mövqeləri tutub və bəndin yaxınlığındakı ekologiya və idman mərkəzinə daxil olublar. Bu ərazi Kosovo ərazisində yerləşsə də, eyni zamanda Serbiya enerji xidmətinə aiddir.

Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan etsə də, rəsmi Belqrad bunu qəbul etməkdən imtina edib. Tərəflər arasında danışıqlar 2017-ci ilin martında dayandırılıb.

Xəbər lenti
0