Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sentyabrın son gününün hava proqnozu açıqlandı

CC0 / moritz320 / AutumnЛистопад в парке, фото из архива
Листопад в парке, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Havanın temperaturu gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti təşkil edəcək

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanda sentyabrın son gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan
İstirahət günlərinin hava xəbərdarlığı verildi

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 30-da hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti təşkil edəcək.

Xəbər lenti
0