Zəlzələ və sunami İndoneziyada 384 can aldı

© AFP 2024 / OLA GONDRONK İndoneziyada zəlzələnin fəsadları, 29 sentyabr 2018-ci il
İndoneziyada zəlzələnin fəsadları, 29 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlərin sayının artacağı ilə bağlı narahatlıq yaşanır

BAKI, 29 sentyabr — Sputnik. İndoneziyada güclü zəlzələ və daha sonra baş vermiş sunami nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi məlumat verib.

Yerli hakimiyyətin məlumatına görə, ölənlərin sayı arta bilər. Bəzi məlumatlara görə, okean sahilində xeyli cəsəd tapılıb. Cəsədlərin sahildə keçirilməsi planlaşdırılan festivala toplaşanlara aid olduğu bildirilir.

Xatırladaq ki, sentyabrın 28-də İndoneziyada 7,7 bal gücündə baş verib. Zəlzələ nəticəsində minlərlə ev, həmçinin otellər və ticarət mərkəzləri, xəstəxana dağıdılıb.

2004-cü ildə İndoneziyada 9,1 bal gücündə zəlzələ olmuş və ardınca yaranan sunami nəticəsində 230 min nəfər ölmüşdü.

Xəbər lenti
0