BAKI, 29 sentyabr — Sputnik. Almaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kansler Angela Merkellə mətbuat konfransı keçirib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, mətbuat konfransında Ərdoğan qalmaqallı jurnalist Can Durdanla bağlı sualı cavablandırmağa məcbur olub.
Ərdoğan Can Dündarla bağlı suala cavab olaraq bildirib ki, onun bir casus olduğunu, dövlətin sirlərini ifşa etdiyini bəyan edib: "Onun barəsində 5 il 10 ay müddətində həbs qərarı verilib. 5 il 10 aya məhkum olan bir şəxs Almaniyaya gəlib. O, hazırda Türk məhkəməsinin qərarına əsasən o məhkumdur. Heç bir ölkədə dövləti sirləri ifşa edilə bilməz".
Türkiyə və Almaniya arasında məhkumların ölkələr ekstradisiyasına dair razılaşmasının vurğulayan Ərdoğan onun ekstradisiyasının ən təbii haqlarının olduğunu bildirib: "Bir alman həqiqətən burada cəzaya məhkum edilsə, onu Almaniya bizdən istəyə bilər. Biz də onu ekstradisiya etməliyik. Belə bir şey mənim başıma gəlsə, mən verərəm, heç baxmaram".