Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bütöv ay olan gecələrdə niyə cinayətlər çox olur?

© Sputnik / Anton Denisov / Mediabanka keçidBütöv ay
Bütöv ay - Sputnik Azərbaycan
Abunə olmaq
Petrikin araşdırmasının nəticəsinə görə, ay bütöv olan zaman cinayət hadisələrinin çox olması ayın ətrafa daha çox işıq saçması ilə bağlıdır

BAKI, 29 sentyabr — Sputnik. Alimlər ay bütöv olan zaman cinayətlərin artma səbəbini müəyyən edə bilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Avstraliyadakı Bond Universitetinin kriminalisti Vayn Petrik Ayın insan davranışlarına təsirini öyrənməyə çalışıb.

Petrikin araşdırmasının nəticəsinə görə, ay bütöv olan zaman cinayət hadisələrinin çox olması ayın ətrafa daha çox işıq saçması ilə bağlıdır.

Araşdırmaçı bütöv ay olan zaman cinayət hadisələrinin çox olması iddiası ilə bağlı əlavə məlumat almaq üçün 1985,2009 və 2016-cı illərdə aparılmış 3 fərqli araşdırma zamanı toplanılan məlumatları analiz edib.

2009-cu ildə aparılan nəticəyə görə, Almaniyada 6 il müddətində yaşanmış 23 mindən çox hadisə ilə bağlı məlumatlar yer alıb. Bu məlumatlara əsasən Ayın vəziyyətini öyrənən Petrik Ayın insanların davranışlarına təsir etməsi ilə bağlı heç bir nəticə əldə etməyib.

2016-cı ildə aparılmış başqa bir araşdırmada isə, ABŞ-ın 13 ştatında bir il müddətində törədilən cinayətlərə dair məlumatlar yer alıb.

Bu araşdırmanın əsas əhəmiyyəti cinayətlərin hansı məkanlarda keçirilməsi ilə bağlı idi.

Petrik bu məlumatlarla cinayət səviyyəsi, cinayət törədilən məkanla Ayın vəziyyəti arasında bir əlaqə olmadığını müəyyən edib.

Kriminalistin fikrincə, ay işığının çox olması cinayət işləmə meylində olan insanlar üçün daha uyğun şərait yaradır.

Petrikin fikrincə, ay bütöv olan gecələrdə cinayət hadisəərinin artmasının digər səbəbi isə insanlar daha çox hərəkət etməsi və yollarda olması ilə bağlıdır. Petirikin fikrincə, bütöv ay olan gecələrdə cinayət hadisələrinin artmaısna digər bir səbəb isə Ayın insanların davranışlarına olan təsir inancı ilə bağlıdır. İnanclar çox zaman cinayətə yol açmasa da, insanların özünü fərqli aparmasına zəmin yaradır.

Xəbər lenti
0