Bakı Komissarları küçəsində bomba partladıldı: Yaralananlar var

© Photo : УНİАНDonetsk şəhərində partlayış
Donetsk şəhərində partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin xəbərdə qeyd edilir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb

BAKI, 29 sentyabr — Sputnik. Ukraynanın Donetsk şəhərində Kommunist Partiyasının qurultayı zamanı partlayış baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə qondarma “Donetsk Xalq Respublikasının Xalq Şurasının deputatı” Vladislav Berdıçevski bildirib.

O, Kommunist Partiyasının qurultaylında hələ növü müəyyən edilməmiş qurğunun partladıldığını bildirib.

© УНİАН / WarGonzo Donetsk şəhərində partlayış
Donetsk şəhərində partlayış - Sputnik Azərbaycan
Donetsk şəhərində partlayış

Məlumata görə, partlayış Xlebodarnaya və Bakı Komissarları küçələrinin kəsişməsində baş verib. İlkin xəbərdə qeyd edilir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Onların arasında “DXR” rəhbəri postuna namizəd İqor Xakimzyanov da var.

Xatırladaq ki, avqustun 31-də Donetskdə “Separ” kafesində partlayış zamanı “DXR-in rəhbəri” Aleksandr Zaxarçenko öldürülüb. Partlayıcı qurğu kafeyə öncədən yerləşdirilib. Zaxarçenkonun ölümündə Moskva və Kiyev bir-birilərini ittiham edirlər.

Xəbər lenti
0