BAKI, 28 sentyabr — Sputnik. "Air Niugini" aviaşirkətinə məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi Mikroneziyada eniş edərkən enmə zolağından çıxaraq okeana düşüb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Mikroneziyanın Çuk ştatının hava limanında qeydə alınıb.
Təyyarənin göyərtəsində olan 35 sərnişin və 12 heyət üzvünün hamısı təxliyə olub. Onlar müayinə üçün xəstəxanaya yönləndirilib.