Bu sahədə çalışanlara xəbərdarlıq edilir: Spirtli içki qəbul etmək olmaz

© Sputnik / Ayaz YashilyarpaqBərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir
Bərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir - Sputnik Azərbaycan
Abunə olmaq
Pestisidlərlə işləyərkən şəxsi gigiyena qaydalarına və düzgün qidalanmaya diqqət etmək vacibdir

BAKI, 28 sentyabr — Sputnik. "Fermer təsərrüfatlarında və həyətyanı sahələrdə bitkiçilik məhsullarının qorunması məqsədi ilə pestisidlərdən istifadə olunur. Kimyəvi bitki mühafizəsi vasitələri ilə işlər ehtiyatla, xüsusi diqqət və dəqiqliklə həyata keçirilməlidir. Pestisidlə işləyənlər uyğun fərdi mühafizə vasitələrini seçməyi və düzgün istifadə etməyi bilməlidirlər".

Quşların vaksin edilməsi - Sputnik Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib

Bu barədə Sputnik Azərbaycan-a Qida Təhlükəsizliyi Agentliyindən gələn məlumatda bildirilir. Qeyd olunur ki, pestisidlərlə işləyənlərin qida rasionu zülal və vitaminlərlə zəngin olmalıdır. 

Pestisidlərin insan orqanizminə təsiri orqanizmin vəziyyətindən asılı olduğu üçün əməyin, qidalanmanın və istirahətin rasional rejiminə əməl edilməlidir. Pestisidlə işləyərkən siqaret çəkmək olmaz, çünki bu hal zəhərli maddələrin orqanizmə daxil olmasına şərait yaradır. İşdən əvvəl və iş zamanı spirtli içki qəbul edən şəxslərə pestisidlərin zərərli təsiri on dəfələrlə artır, bu səbəbdən də kimyəvi dərmanlanmalardan öncə və kimyəvi dərmanlanmalar zamanı spirtli içki qəbul etmək qəti qadağandır.

Rasional qidalanma orqanizmin zəhərli maddələrin təsirinə müqavimətini artıraraq zəhərlənmələrin profilaktikasında önəmli rol oynayır.

Qida zülal və vitaminlərlə zəngin olmalıdır, yaxşı olar ki, onlar özünə hopturma qabiliyyətli məhsullardan (nişasta, sıyıq, jele və s.) ibarət olsun. Bu tip qidalar kimyəvi vasitələrin qıcıqlandırıcı təsirini azaldır və sovrulmasına mane olur.

Pestisidlərlə işləməyə başlamadan öncə qida qəbul edilməsi vacibdir. Mədə-bağırsaq sistemində yemək olmaması kimyəvi maddələrin daha sürətlə qana sovrulmasına və orqanizmin daha güclü pozulmasına səbəb olur. Pestisidlə işləyənlər səhər və nahar yeməyində kifayət qədər, lakin az duzlu qida (müxtəlif suplar, süd, sıyıq, çay və s.) qəbul etməlidir. Bu tip yeməklər zəhərli maddələrin orqanizmdən tez xaric olmasına səbəb olur. Mayenin orqanizmdən xaric olmasını gecikdirən məhsullardan (duzlu balıq, tərəvəzlər və s.) istifadə edilməsi tövsiyə edilmir. 

Xlor üzvi pestisidlərlə işləyənlər heyvan zülalları (ət, balıq, kəsmik), kalsium duzları və B2 vitaminləri ilə zəngin qidaları qəbul etməlidirlər. Yağlı qidalardan istifadə etməkdən çəkinilməlidir, belə ki, yağlı qidalar zəhərli maddələrin orqanizm tərəfindən sovrulmasına şərait yaradır.

Sənədin imzalanması - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezidentdən Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı növbəti qərar

Fosfor üzvi birləşmələrlə işləyənlərin qida rasionuna kəsmik, pendir, qatıq, şəkər, tərəvəzlər, meyvələr, göyərti, qarabaşaq sıyığı, çoxlu miqdarda C vitamini daxil edilməlidir. Kəskin acı, duzlu və yağlı yeməklərdən istifadə edilməməlidir.

Mis tərkibli preparatlarla işləyənlər zülal və vitaminlərlə zəngin məhsullarla (mal əti, sıyıq, tərəvəzlər, meyvələr, şəkər, bal) qidalanmalıdırlar. Yağlardan və süddən istifadə edilməsi qadağandır. Sink fosfidlə işlədikdə isə yumurta, yağ və süddən istifadə etmək olmaz.

Pestisidlərlə işləyənlər yeməkdən əvvəl əl və üzlərini sabunla yumalı, ağızlarını yaxalamalıdırlar. İşdən sonra isə duş qəbul etməlidirlər.

Pestisidlərlə yanaşı içməli suyu və ərzaq məhsullarını saxlamaq olmaz. İstifadə edilən preparatın saxlanması üçün istifadə edilən tara və qablardan heç bir halda digər məqsədlər üçün istifadə etmək olmaz. 

Pestisidlərlə işləyən şəxslər qaydalara vərdiş etməlidirlər: xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri olmadan kimyəvi maddələrlə işləmək olmaz!

Heç bir halda xüsusi geyim evə aparılmamalı, işdən sonra istifadə edilməməlidir. Zəhərli kimyəvi maddələrlə çirklənmiş geyim ətrafdakılar, xüsusən uşaqlar üçün böyük təhlükə yaradır.

Подписание договора страхования - Sputnik Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi sahibkarların qeydiyyatına başlayır

Fərdi həyətyanı sahələrdə pestisidlər tətbiq edilərkən şəxsi gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət edilməlidir. Kimyəvi preparatlarla işlər səhər və axşam saatlarında küləksiz havada aparılmalı, hər bir konkret preparatın təlimatında göstərilən mühafizə vasitələrindən istifadə edilməklə dəri örtüyü və nəfəs yolları qorunmalıdır. Şəxsi həyətyanı sahələrdə pestisidlərlə iş saatı 1 saatdan artıq olmamalıdır. İlk növbədə təhlükəli pestisidlər seçilməli, işçi məhlulun həcmi elə hazırlanmalıdır ki, dərmanlamadan sonra artıq məhlul qalmasın.

Pestisidlərlə təmasda olan avadanlıq, qab və inventarlar məişət sirkəsi əlavə edilmiş sabun-soda məhlulunda diqqətlə yuyulmalı, quyu və meliorativ drenaj şəbəkəsindən ən azı 15 m məsafədə yerləşən xüsusi çalaya boşaldılmalıdır.

Zəhərlənmələrin, peşə xəstəliklərinin, bəzi hallarda isə əlilliyin qarşısının alınması əsasən işləyənlərin şəxsi gigiyena qaydalarına riayət etmə dərəcəsindən, həmçinin təsərrüfat rəhbərləri tərəfindən bu istiqamətdə təşkilatı tədbirlərin həyata keçirilməsindən aslıdır!

Xəbər lenti
0