BAKI, 28 sentyabr — Sputnik. Dinləmələrlə bağlı qalmaqaldan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan bəyan edib ki, onun ailəsinin təhlükəsizliyi ilə bağlı problemlər yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "İrates" nəşri məlumat yayıb.
"Daha sonra məlum olub ki, MTX rəhbəri və ailəsi həyatları təhlükə altında olduğu üçün hökumət iqamətgahına köçüb. Əslində isə, bizdə olan bəzi mənbələrə görə Vanetsyan artıq bir neçə aydır ki, ailəsi və uşaqlarını onlara ola biləcək təhlükə ilə bağlı ölkə xaricinə çıxarıb. O, həmçinin məhdud çevrədə bildirib ki, olduqca çətin bir işə girişib və bu, ona və yaxınlarına baş ağrısı ola bilər" — deyə nəşr yazır.