Düşənbədə MDB ölkə başçılarının iclası başlayıb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib
İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir

BAKI, 28 sentyabr — Sputnik. Tacikistan paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, qonaqları Tacikistan prezidenti Emomali Rahmon qarşılayıb.

MDB dövlət başçıları ilk öncə məhdud formatda görüş keçirirlər. Məlumata əsasən, liderlər ilk öncə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında fikir mübadiləsi aparacaq, həmçinin MDB-də sədrlik, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi məsələlərini müzakirə edəcəklər.

Geniş tərkibdə iclas zamanı təşkilatın fəaliyyətinə dair bir sıra kompleks məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Xəbər lenti
0