Daha bir qurum şəxsi məlumatlarımızı əldə edə biləcək, amma 1 manat qarşılığında

© Sputnik / Murad OrujovElektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş
Elektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş - Sputnik Azərbaycan
Abunə olmaq
Bələdiyyə tərəfindən haqqında məlumat əldə edilən hər bir əmlaka və ya torpaq sahəsinə münasibətdə 1 manat xidmət haqqı ödənilməlidir

BAKI, 28 sentyabr — Sputnik. Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. 

Qərarla "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı" təsdiq edilib.

Məqsəd "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 999-VQD nömrəli Qanununun tətbiqi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Prezidentinin 2018-ci il 20 fevral tarixli 1838 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etməkdir.

Oklənd şəhərində yaşayış binaları - Sputnik Azərbaycan
Onlar əcnəbilərə daşınmaz əmlak satılmasına qadağa qoydular

Qaydada deyilir ki, bələdiyyə tərəfindən təqdim olunmuş əsaslandırılmış yazılı və ya elektron sorğular Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsi tərəfindən cavablandırılmaqla dövlət reyestrindən elektron qaydada, bu mümkün olmadıqda isə yazılı məlumatın verilməsi təmin edilir.

Hüquq sahibinin yazılı və ya elektron sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında ərazi idarəsi tərəfindən bələdiyyəyə verilmiş arayışlar barədə yazılı və ya elektron bildiriş, sorğunun verildiyi gün iş vaxtı ərzində hüquq sahibinə göndərilir.

Fiziki şəxslərin əmlak və torpaq vergisinin hesablanması və tutulması məqsədi ilə dövri olaraq sorğu əsasında hər il ən geci 1 iyul tarixinədək təqdim olunan daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının əldə edilməsi üçün bələdiyyə tərəfindən haqqında məlumat əldə edilən hər bir əmlaka və ya torpaq sahəsinə münasibətdə 1 (bir) manat xidmət haqqı ödənilməlidir.

Dövlət reyestrindən məlumatın əldə edilməsi üçün nəzərdə tutulan xidmət haqqının ödənişi elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə, həmçinin köçürmə yolu ilə həyata keçirilir. Xidmət haqqının ödənilməli olduğu ərazi idarəsinin hesabı barədə məlumat qeydiyyat orqanının rəsmi internet saytında yerləşdirilir.

Xəbər lenti
0