Gəncə hadisələri ilə bağlı yeni faktlar üzə çıxdı - RƏSMİ

© Photo : YenigenceНа въезде в Гянджу
На въезде в Гянджу - Sputnik Azərbaycan
Abunə olmaq
Qaralov bildirib ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacağı gözlənilir

BAKI, 28 sentyabr — Sputnik. "Gəncə hadisələrinə görə, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların da yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, bu məsələdə heç kim məsuliyyətdən kənardan qalmayacaq. Qaralov bildirib ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacağı gözlənilir.

"Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib" — deyə Baş prokuror vurğulayıb.

Xəbər lenti
0