Elşad Məmmədov: “İki ölkə arasında iqtisadi siyasət koordinasiyalı şəkildə həyata keçirilməlidir”
“Azərbaycan və Rusiyanın əməkdaşlığı qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir”. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iki ölkə arasında işgüzar şuralarının geniş iclasında bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir:
“Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırkı vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz