"Sən supersən!" layihəsinin iştirakçısı özünü "Səs Azərbaycan"da sınamağa qərar verib

Abunə olmaq
Rusiyanın NTV telekanalında yayımlanan "Sən supersən!" (Tı super!) musiqi layihəsinin ikinci mövsümünün Azərbaycanı təmsil edən iştirakçısı Səməd Novruzov "Səs Azərbaycan" televiziya vokal layihəsinə qatılıb.

BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın NTV telekanalında yayımlanan "Sən supersən!" (Tı super!) musiqi layihəsinin ikinci mövsümünün Azərbaycanı təmsil edən iştirakçısı Səməd Novruzov "Səs Azərbaycan" televiziya vokal layihəsinə qatılıb.

İfaçının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, NTV-nin "Sən supersən!" layihəsində iştirak edəndən sonra öz musiqi fəaliyyətini davam etdirmək qərarına gəlib. Böyük səhnədə uğur qazanmağı qarşısına məqsəd qoyan Novruzov sentyabrın 28-də ATV telekanalında start götürəcək "Səs Azərbaycan" vokal şousunun seçim turuna qatılıb. 

Bakıdakı sağlamlıq imkanları məhdud, görmə əngəlli uşaqlar üzrə ixtisaslaşmış 5 nömrəli Respublika xüsusi internat məktəbinin 9-cu sinif şagirdidir.

Səməd Novruzov - Sputnik Azərbaycan
Səməd Novruzov: “Sən supersən!”də iştirak etməyimdən çox məmnunam”

"Səs Azərbaycan" ATV telekanalının layihəsidir. O, artıq dördüncü dəfədir ki, keçirilir. Münsiflər heyətinin tərkibinə Azərbaycanın məşhur ifaçıları daxil edilir. Qaliblər verlişin sponsorlarından hədiyyələr və məşhur insanların dəstəyini qazanır.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.

"Sən supersən" layihəsinin ininci mövsümündə Azərbaycanı Səməd Novruzov və Namiq Cəbrayılov təmsil edib. Onlar musiqi yarışının ikinci mərhələsinə keçə biliblər. Sözügedən layihə və onun azərbaycanlı iştirakçıları barədə ətraflı məlumatı Sputnik Azərbaycan-dan əldə edə bilərsiz.

Xəbər lenti
0