BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistan Respublikasına səfərə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, Düşənbə şəhərinin beynəlxalq aeroportunda prezident İlham Əliyevi Tacikistanın baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşılayıblar.