BAKI, 27 sentyabr — Sputnik. Tanınmış model, televiziya aparıcısı və aktrisa Padma Lakşmi illlər öncə başına gələn hadisə ilə bağlı şok açıqlama verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, model 16 yaşı olanda təcavüzə məruz qaldığını etiraf edib. Ona Yeni il gecəsində özündən böyük sevgilisi təcavüz edib.
“Mən ona yalvardım, amma o, məni dinləmədi. Qışqırsam da, səsimi eşidən olmadı” — Padma Lakşmi əlavə edib. Model bu hadisəni uzun illər gizlətmə səbəbinə də aydınlıq gətirib. O, deyib ki, hər kəsin o yaşda özündən böyük kişinin evində nə işi olduğunu deyərək ittiham edəcəyindən qorxub.
“Bu gün belə hal baş versə, anındaca hər kəsə bəyan edərəm. Hətta qızıma da bunu deyirəm. Deyirəm ki, ona toxunan olsa, qışqırıb köməyə adam çağırsın” – model bildirib.