Cüdoçularımız yaponlara məğlub oldu

© Sputnik / Murad OrujovCüdo üzrə Dünya Çempionatının ikinci günü
Cüdo üzrə Dünya Çempionatının ikinci günü - Sputnik Azərbaycan
Abunə olmaq
1/4 final mərhələsində Azərbaycan komandasının rəqibi Yaponiya olacaq

BAKI, 27 sentyabr — Sputnik. Bu gün cüdo üzrə dünya çempionatının sonuncu günüdür. Mötəbər yarışın son günü komandalar ən güclülərini müəyyən edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan komandası 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. 

Cüdo üzrə dünya çempionatının ikinci günü - Sputnik Azərbaycan
FOTO
Bakıda cüdo üzrə dünya çempionatı

Komanda üzvlərimizdən Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Digər qadın cüdoçumuz İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib.

Kişilərdən Tural Safquliyev (90 kq) və Tornike Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib (- 4:1).

1/4 final mərhələsində Azərbaycan komandasının rəqibi Yaponiya olub. Yaponiya yığması ilə görüş heç də asan başa gəlməyib. Yarış 4:2 hesabla, Yaponiya komandasının xeyrinə bitib. Komandada olan qadın cüdoçularımız rəqiblərinə məğlub olublar.

Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub.

Xəbər lenti
0