SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukrayna Azərbaycanda dərman zavodu açacaq - Səfir

© Sputnik / Rashad KeremogluUkraynanın dövlət müstəqilliyinin 27-ci ildönümü və Ukrayna dövlətçiliyinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul
Ukraynanın dövlət müstəqilliyinin 27-ci ildönümü və Ukrayna dövlətçiliyinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna-Azərbaycan əlaqələrindən danışan diplomat ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib, bu işdə dövlət başçılarının rolunu xüsusi ilə vurğulayıb

BAKI, 27 sentyabr — Sputnik. Bu gün Bakıda Ukraynanın dövlət müstəqilliyinin 27-ci ildönümü və Ukrayna dövlətçiliyinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 27 il ərzində keçdiyi inkişaf yolundan danışıb.

Onun sözlərinə görə, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, o cümlədən Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atıb. O, qeyd edib ki, hər iki ölkə energetika, humanitar, hərbi və digər sahələrdə əməkdaşlıq edirlər.

Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Putin Ukrayna və Gürcüstana görə xəbərdarlıq etdi

Ukrayna-Azərbaycan əlaqələrindən danışan diplomat ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib, bu işdə dövlət başçılarının rolunu xüsusi ilə vurğulayıb.

Səfir qeyd edib ki, hazırda Ukrayna farmakologiya şirkəti olan “İndar” Azərbaycanda dərman preparatlarının istehsalatı üzrə zavodun tikintisi üzrə hazırlıq işlərini yekunlaşdırır.

Baş nazirin birinci müavini Yaqub Eyyubov isə çıxışında səfirə çıxışını Azərbaycan dilində səsləndirməsinə görə təşəkkür edib, bunu Azərbaycan Prezidenti və dövlət dilinə hörmət kimi qiymətləndirib.

O, bildirib ki, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri gündən-günə güclənir: "Hazırda Azərbaycan-Ukrayna ikitərəfli yüksək səviyyəli səfərlər çərçivəsində uğurla inkişaf etdirilir. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan çoxsaylı sənədlər dövlətlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər".

Yaqub Eyyubov həmçinin, Azərbaycanın Ukraynanın, Ukraynanın isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyini, Ukrayna-Azərbaycan əməkdaşlığının gələcəkdə də fəal şəkildə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

Xəbər lenti
0