Üç milyon yarım insanın səsverməsi qadağan olundu

© Sputnik / Konstantin ChalabovBraziliyanın bayrağı
Braziliyanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Barmaq izi qeydiyyatı etdirməyən vətəndaşların səsverməsi qadağan edilib

BAKI, 27 sentyabr — Sputnik. Braziliyada 7 oktyabrda keçiriləcək prezident seçkiləri üçün barmaq izləri götürülə bilməyən 3,4 milyon nəfər səs verə bilməyəcək.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, 3,4 milyon nəfər barmaq izləri üçün qeydiyyata gəlməyib. Qeydiyyata düşmədiklərinə görə səsvermədə iştirak edə bilməyəcəklər.

Braziliya Ali Məhkəməsi dünən aldığı qərarla barmaq izi qeydiyyatı etdirməyən vətəndaşların səsverməsini qadağan edib.

Braziliya Sosialist Partiyası qərar ilə bağlı deyib ki, bu, yoxsul və maarifləndirilməmiş insanların səsverməsini əngəlləmək deməkdir. Qeydiyyata alınmayanların yarısı, ölkənin yoxsul təbəqəsinin yaşadığı şimal-şərq hissəsində yerləşir.

Seçkinin elektron sistemlə keçirildiyi Braziliyada seçicilərin 2016-cı ildən bəri səsvermələri üçün barmaq izlərinin götürülməsi məcburidir.

Əhalisi 200 milyonu keçən Braziliyada elektron səsvermə sistemi tətbiq olunur.

Xəbər lenti
0