Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Turizm və Menecment Universitetinin inkişaf istiqamətləri müəyyənləşib

© © Foto H.Hüseynov tərəfindən təqdim olunubDövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov
Dövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov deyir ki, universitetin inkişaf etdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib

Hüseyn Həsənov: “Universitetin beynəlxalq imicinin yaradılması üçün işlər görülür”
Azərbaycan Respublikası Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tərkibinə verilib.

Dövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov Sputnik Azərbaycan-a deyir ki, Agentlik Azərbaycan Turizm və Menecment Universitetinin strateji planlanması işinin həyata keçirilməsi və universitetin beynəlxalq imicinin yaradılması istiqamətində müəyən addımlar atmağa başlayıb: 

“Hazırda universitetin inkişaf etdirilməsi üçün 3 əsas prioritet istiqamət müəyyənləşdirilib. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universitetinin inkişafını turizm sənayesinin kadrla təminatının əsas açar nöqtəsi kimi görməkdədir. Bu istiqamətdə bir sıra xarici təşkilatlarla əlaqə saxlanılır”.

Hüseyn Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0