Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Baş onkoloq "Toppuş bacı"ya qəzəbləndi: "Sağalıb, amma özünü xərçənglə reklam edir"

© Photo : AxsamƏməkdar artist Tünzalə Əliyeva
Əməkdar artist Tünzalə Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Baş onkoloq: "Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, bəs nədən narazıdır?"

BAKI, 26 sentyabr — Sputnik. "Hamının "Toppuş bacı" kimi tanıdığı aktrisa, əməkdar artist Tünzalə Əliyeva artıq sağalsa da, efirlərə çıxıb kömək istəyir. Axı, o, niyə özünü xərçənglə reklam edir?!"

© Sputnik / Murad OrujovAzərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli  - Sputnik Azərbaycan
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli deyib. O, ölkəmizdə xərçəng xəstəliyinin vəziyyətindən, müalicəsindən, bu istiqamətdə əhalinin maarifləndirilməsi zərurətindən bəhs edib.

Onkoloqun sözlərinə görə, sosial şəbəkələrdə çox xəstələr şayiələr yayır, reallığı əks etdirməyən məlumatlar paylaşırlar. Buna misal olaraq, o, son vaxtlar KİV-də və sosial şəbəkələrdə öz xəstəliyi ilə gündəmə gələn Tünzalə Əliyevanın adını qeyd edib.

"Hamımızın "Toppuş bacı" kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxurlar" — deyə baş onkoloq əməkdar artisti tənqid edib.

Kərimli Əliyevadan fərqli olaraq, xərçəng xəstəsi olan digər tanınmış aktrisa Kübra Əliyevanın özünü reklam etmədiyini xatırladıb: "Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir".

"Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir" — deyə həkim bildirib.

Amerikalı respublikaçı senator Con Makkeyn - Sputnik Azərbaycan
Tanınmış siyasətçi xərçəngdən vəfat etdi

Xatırladaq ki, xərçəng xəstəsi olan Tünzalə Əliyeva bu günlərdə ayağından 38 limfa vəzisi götürüldüyünü, bu səbəbdən də işləmə qabiliyyətini itiridiyini açıqlayıb. Bununla yanaşı, o, ipoteka krediti ilə özünə ev aldığını deyib və kreditinin ödənilməsi üçün ictimaiyyətdən yardım istəyib.

"İpoteka ilə ev götürmüşəm. 2 ilini ödəmişəm, 18 ilim qalıb. Mən də bir il işləyə bilməyəcəm. Böyük bir yükün altına girirəm. Ayağımdan 38 limfa vəzisi götürülüb, 37-sindən heç nə çıxmadı, amma birində bədxassəli şiş var. Kimyəvi terapiya qəbul edirəm. İpotekamın ödənilməsi üçün köməklik istəyirəm" — deyə Əliyeva bildirib.

Artıq xeyli tanınmış şəxs Əliyevaya yardım kampaniyasına qoşulub.

Xəbər lenti
0