Sumqayıtda yanğın olub

Abunə olmaq
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub

BAKI, 26 sentyabr — Sputnik. Sumqayıt şəhərində ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 6 kvadrat metr sahədə və ətrafda olan 2 kvadrat metr taxta tullantıları yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0