Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 14 yaşlı uşaq məşhur rəqqasənin başına elə iş açdı ki...

Abunə olmaq
Oğru Azərbaycanın məşhur rəqqasəsi Fatimə Fətəliyevanın gözəllik salonunu qarət etməklə onun biznesinə böyük ziyan vurub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Oğru Azərbaycanın məşhur rəqqasəsi Fatimə Fətəliyevanın gözəllik salonunu qarət etməklə onun biznesinə böyük ziyan vurub.

Bu barədə Sputnik Azərbaycan-a rəqqasənin işçisi Aytac Bayramzadə məlumat verib. Onun sözlərinə görə, oğurluq hadisəsi səhər saat 5-də baş verib.

 

 

"Fatimə Fətəliyeva gözəllik salonuna rəhbərlik edir. Bu cür hallar başımıza az gəlməyib. Biz özümüz işə gələndə və bir çox şeylərin yoxa çıxdığını görəndə şoka düşdük. Yaxşı ki, bizim salonda kamera var və binaya daxil olan oğrunu qeydə alıb" — deyə Bayramzadə bildirib.

Oğru bahalı Apple iPad planşetini, mobil telefonu və bir qədər də pulu (məbləğ açıqlanmayıb) aparıb. Bayramzadənin sözlərinə görə, onlar dərhal Nərimanov rayon Polis İdarəsinə müraciət ediblər.

"Polisdə bizə bildiriblər ki, oğurluq edən şəxs 14-15 yaşlı yeniyetmədir. Biz bu adamı ilk dəfə görmüşük. Hazırda polisdən xəbər gözləyirik. Bu oğrunun ucbatından Fatimə Fətəliyevanın istirahəti də təxirə düşüb. Çünki o, ailəsi ilə birlikdə istirahətə yollanmaq ərəfəsində idi" — Bayramzadə deyib.

Nərimanov rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda faktla bağlı araşdırma aparılır.

Fatimə Fətəliyeva ölkənin məşhur rəqqasələrindən biridir. O, təkcə Azərbaycanın milli rəqslərini deyil, eləcə də xarici rəqsləri ifa edir. Hazırda Fətəliyeva rəqs məktəbi və gözəllik salonunun sahibidir.

Xəbər lenti
0