Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qusarda kriminogen vəziyyət sabitdir, bəs camaat nədən qorxur?

© Photo : 1newsQusar
Qusar - Sputnik Azərbaycan
Abunə olmaq
Qusar rayon sakinləri qorxu və vahimə içindədir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Qusar rayonunun sakinlərini şəxsi mülkiyyətləri ilə bağlı narahatlıq keçirirlər. Şəxsi mülklərdə oğurluq edən banda, başqa sözlə ev oğrularının fəaliyyəti barədə rayonda yayılan dedi-qodular, buradakı hər bir evdə narahatlıq, qorxu və vahimə yaradıb. Bununla əlaqədar olaraq Sputnik Azərbaycan Qusar rayon Polis Şöbəsinə müraciət edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda mənzillərin qarət olunmasında və oğurluqda iştirakda şübhəli bilinən 11 nəfər saxlanılıb. Sözügedən cinayətlər 2015-2018-ci illəri əhatə edib. Ən yeni qarət faktı 2018-ci ilin əvvəllərində qeydə alınıb.

Суицид, постановочное фото - Sputnik Azərbaycan
HADİSƏ
Qusar sakini ayrılığa dözməyib özünə qəsd etdi

"Saxlanılan şəxslər 20-dən artıq şəxsi mülkiyyətin (pul, qızıl-zinət və məişət əşyaları) qarət edilməsində iştirak ediblər. Ümumilikdə vətəndaşlara dəymiş zərərin həcmi 100 min manat civarındadır. Saxlanılan şəxslərdən 3-ü hətta basqın etməkdə günahlandırılırlar" — deyə polisdən bildirilib.

Qeyd edək ki, saxlanılan şəxslərin cinayət ortaqlarından biri — Şıxzadə Şıxıyev ötən il ölüb. Saxlanılan 10 nəfərdən 7-si əvvəllər məhkum edilmiş şəxslərdir. Hazırda sözügedən faktlar üzrə araşdırma davam edir. Eyni zamanda, asayiş keşikçiləri vətəndaşlara dəymiş maddi zərərin ödənilməsini təmin etməyə çalışırlar.

"Hazırda Qusar rayonunda mütəşəkkil cinayətkarlıqla məşğul olan, cəmiyyəti qorxu altında saxlayan qrup yoxdur və hər hansı oğurluq faktı da qeydə alınmayıb. Rayonun camaatı narahat olmaya və rahat yata bilər. Yalnız onu demək istəyirik ki, Qusar rayonunun sakinləri öz mülkiyyətlərini qorumaq üçün heç elementar təhlükəsizlik tədbirlərini belə görmürlər. Təəccüblüdür ki, burada adicə pəncərədə dəmir barmaqlıq görmək mümkün deyil. Bu isə oğru qonaqların işini daha da asanlaşdırır" — deyə polisdən bildirib.

Polislər onu da qeyd ediblər ki, Qusar kriminogen vəziyyətin sabitliyinə görə regionun digər rayonlarından fərqlənir. Ən aşağı cinayətkarlıq faizi buradadır və demək olar ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət faktı yoxdur. Buna görə də, bir o qədər də ciddi olmayan və cəmiyyətə böyük təhlükə yaratmayan hərəkətlər belə yerli əhali tərəfindən kəskin və emosional tərzdə qəbul edilir.

Xəbər lenti
0