İnquşetiyada ərazi mübahisəsi: Maqasa polis qüvvələri yeridilib

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidRosqvardiya əsgərləri, arxiv şəkli
Rosqvardiya əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnquşetiya DİN-i xəbərdarlıq edib ki, istənilən qanunsuz kütləvi tədbirlərinin keçirilməsinin qarşısını alacaq

BAKI, 26 sentyabr — Sputnik. Rusiyanın İnquşetiya Respublikasında vəziyyət son dərəcə gərginləşib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, vəziyyətin gərginləşməsinə Respublikanın Sunje rayonunun bəzi ərazilərinin Çeçenistana verilməsi ilə bağlı qərar qəbuluna hazırlıq səbəb olub. Etiraz aksiyasına yüzlərlə insan qatılıb.

Etirazçılar məmurlardan İnquşetiya ərazilərinin hansı səbədən Çeçenistana verməyə hazırlaşdıqlarını izah etməyə tələb ediblər. Onların məlumatına görə, bununla bağlı saziş bu gün bağlanmalıdır. Hazırda İnquşetiyada mobil internet söndürülüb.

Глава Чечни Рамзан Кадыров - Sputnik Azərbaycan
RUSİYA
Ramzan Kadırov: Çeçenistan İŞİD-i məhv etməyə qadirdir

Bu arada İnquşetiya DİN-i xəbərdarlıq edib ki, istənilən qanunsuz kütləvi tədbirlərinin keçirilməsinin qarşısını alacaq. "Kavkazskiy uzel" nəşri yazıb ki, Respublikanın paytaxtı Maqasa Rusiya Dövlət Qvardiyasının bölmələri yeridilib.

Bundan əlavə, şəhərdə polis postları gücləndirilib.

Bu arada İnquşetiya rəhbərliyi Sunje rayonunun bir hissəsinin Çeçenistan Respublikasına verilməsini nəzərdə tutan qanun layihəsinin təsiqlənməsinin planlaşdırıldığı iclası qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bəyan edib ki, prezident Vladimir Putin İnquşetiyadakı vəziyyət barədə bütün lazımı informasiyanı alır.

Kremlin nümayəndəsi vurğulayıb ki, Respublikada müəyyən gərginlik var: "Bununla yanaşı orada iş aparılır, ona görə də hər hansı bir diaqnoz qoymaq tezdir".

Son məlumata görə, Çeçenistan və İnquşetiya rəhbərləri subyektlər arasında sərhədlərin müəyyənləşdirilməsinə dair razılığa gəliblər. Bu barədə müvafiq razılaşmanı Respublikaların rəhbərləri Ramzan Kadırov və Yunus-Bek Yevkurov imzalayıb.

Məlumata əsasən, İnquşetiyanın Nadtereçeni rayonu və Çeçenistanın Malqobek rayonlarının qeyri-yaşayış ərazilərində bərabərhüquqlu mübadilə aparılıb. Sazişdə qeyd olunur ki, Çeçenistan Respublikasına İnquşetiyanın Nadtereç rayonunun bir hissəsi – dağlıq və meşəlik hissə Çeçenistana verilir. Öz növbəsində Çeçenistan İnquşetiyaya Malqobek rayonu ilə sərhəddəki düzən ərazini verəcək.

Yevkurov açıqlamasında heç kimə bir qarış belə, ərazi vermədiklərini bəyan edib: “Biz sadəcə, ərazi mübadiləsi aparmışıq. Hər metrə qarşı metr hesabı ilə. Biz sərhəddəki problemi düzəltmək niyyətindəyik”.

Xəbər lenti
0