İdmançı prezident olmaq niyyətindədir: "Tramp olubsa, mən niyə olmayım?"

© AP Photo / John LocherOskar De La Hoya
Oskar De La Hoya - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Hoya boks karyerasına son verdikdən sonra boks aləmində ən uğurlu və varlı menecer hesab edilir

BAKI, 26 sentyabr — Sputnik. Bir neçə dəfə dünya çempionu olmuş Meksika əsilli amerikalı, "qızıl oğlan" ləqəbli boksçu Oskar De La Hoya 2020-ci ildə ABŞ prezidentliyi uğrunda mübarizə aparmağı düşünür. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, idmançı özü bu barədə məlumat verib.

Oskar De La Ya Hoyanın sözlərinə görə, o, buna ciddi şəkildə hədəflənib: "Mən həqiqətən bunu sınamaq istəyirəm. Və bunun üçün mənim çox sayda səbəbim var. Hazırda mən komanda yığmağa çalışıram. Və başa düşməyə çalışıram ki, bunun mənası varmı? Əgər Kanye Uest (amerikalı musiqiçi, hip-hop ifaçısı) prezidentliyə namizəd olmaq istəyirsə, mən niyə eynisini edə bilməyim? Əgər Arnold Şvartseneger Kaliforniyanın qubernatoru olubsa, əgər Tramp ABŞ-ın prezidenti olubsa, niyə mən olimpiya və dünya çempionu olduğum halda bunu etməyim?"

"Ola bilsin ki, mən Meksika əsilliyəm, ancaq 35 ildən artıqdır ki, bu ölkədə yaşayıram" — deyə Hoya bildirib.

Qeyd edək ki, Hoya boks karyerasına son verdikdən sonra boks aləmində ən uğurlu və varlı menecer hesab edilir.

Xəbər lenti
0