SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat: “Paşinyan nə danışdığını heç özü də bilmir”

© REUTERS / Eduardo MunozErmənistanın baş naziri Nikol Paşinyan BMT baş assambleyasının 73-cü sessiyasında çıxışı. Nyu-York, 25 sentyabr 2018-ci il
Ermənistanın baş naziri Nikol Paşinyan BMT baş assambleyasının 73-cü sessiyasında çıxışı. Nyu-York, 25 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın baş naziri Nikol Paşinyanın bütün bəyanatları onu göstərir ki, o, Azərbaycanla danışıqlara hazır deyil

BAKI, 26 sentyabr — Sputnik. “Ermənistanın baş naziri Nikol Paşinyanın bütün bəyanatları onu göstərir ki, o, Azərbaycanla danışıqlara hazır deyil”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov deyib.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib ki, "Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır, əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox".

Азер Гасымов - Sputnik Azərbaycan
"Paşinyan kreslosunda oturmaq istəyirsə, Azərbaycanın daxili işlərinə burnunu soxmasın"

Musabəyovun sözlərinə görə, Paşinyan dövlət rəhbəri olaraq özünü qəribə aparır. Ona elə gəlir ki, Yerevan meydanındakı erməni əhalisinin manyakal “ən qədim xalq” mifik hisslərinə toxunduğu tondakı çıxışına bənzər nitqi BMT tribunasından yaxşı səslənəcək.

"Mən onun sözlərinə heç bir məna vermirəm. Bütün bunlar o deməkdir ki, erməni baş nazir Azərbaycanla danışıqlara hazır deyil" — deputat bildirib.

Ermənistan baş nazirinin Bakıya Qarabağın əhalisinin deyil, ərazisinin lazım olduğu barədə dediklərinə gəlincə, Musabəyov bildirib ki, Paşinyan anlayışları dəyişik salıb. Bu gün gündəlikdə duran məsələ BMT Baş Assambleyasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirlməsidir. Söhbət Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdən Yerevanın öz qoşunlarını çıxarması barədə məlum qətnamələrdən gedir.

Paşinyan BMT tribunasında deyir ki, erməni tərəfi o qətnamələri yerinə yetirməyə hazırdır, lakin bununla belə, onlara nəsə başqa şey də lazımdır. Azərbaycanlı deputat bildirib ki, Paşinyan qeyri-müəyyən, anlaşılmayan çıxışlar edir.

Xəbər lenti
0