Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı yaxınlığında görünməmiş hadisə baş verib, qeyri-adi mənzərə meydana çıxıb

© © Foto C.Paşayev tərəfindən təqdim olunubOtman-Bozdağ palçıq vulkanının püskürməsi
Otman-Bozdağ palçıq vulkanının püskürməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik rəsmisi: "Neçə illərdir bu vulkanın püskürmələri qeydə alınır, amma belə püskürmə müşahidə edilməmişdi"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Bir neçə gün əvvəl Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. Püskürmə iki fazalı olub və püskürmə zamanı ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun Paşayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, püskürmə yüksək alovla müşahidə olunub. Ətrafa atılan tullantı məhsullarının həcminə görə, bu, vulkan üçün rekord göstərici kimi qeydə alınıb.

© © Foto C.Paşayev tərəfindən təqdim olunubOtman-Bozdağ palçıq vulkanının püskürməsi
Otman-Bozdağ palçıq vulkanının püskürməsi - Sputnik Azərbaycan
Otman-Bozdağ palçıq vulkanının püskürməsi

C.Paşayev bildirib ki, neçə illərdir bu vulkanın püskürmələri qeydə alınır, amma belə püskürmə müşahidə edilməmişdi: "Çox güclü püskürmə oldu. Palçıq vulkanının səthində çatların sıxlığı və dərinliyi, vulkanın əvvəlki formadan tam fərqli bir formaya düşməsi, cənub-şərq, yəni dəniz istiqamətində axmış vulkan məhsullarının qalınlığı və həcmi budəfəki püskürmənin nə qədər güclü olduğundan xəbər verir. Palçıq vulkanın mənbəyindən cənub-şərq istiqamətinə doğru axmış tullantının uzunluğu 5 kilometrdən çoxdur".

Direktorun sözlərinə görə, palçıq vulkanının tullantı məhsulları axıb dayanıb və artıq heç bir hərəkət müşahidə edilmir: "Tullantı axımının ən nazik yerində qalınlıq 2 metrdir. Ancaq bir az irəlidə tullantı miqdarının qalınlığı 8 metrə çatır. Orta qalınlıq 4-6 metrdir".

Müsahibimiz qeyd edib ki, palçıq vulkanları əksər vaxtlarda püskürmə zamanı alov sütunu ilə müşahidə olunur: "Amma elə palçıq vulkanları var ki, püskürmə zamanı alov müşahidə olunmur. Palçıq vulkanlarının boğazında hər zaman alışqan qaz metan qazı olur". 

"Bir balaca titrəyiş olan kimi süxurlar bir-birinə sürtünür və palçıq vulkanı alışmanın hesabına çox yüksək təzyiqlə, qaz kanalda olan palçığı həmin boğazdan yerin səthinə çıxarır. Bu zaman yerin səthinə alov, palçıq, qazlar, bərk süxurlar çıxır" — müsahibimiz diqqətə çatdırıb.

© © Foto C.Paşayev tərəfindən təqdim olunubOtman-Bozdağ palçıq vulkanında hazırda heç bir aktivlik müşahidə olunmur
Otman-Bozdağ palçıq vulkanında hazırda heç bir aktivlik müşahidə olunmur - Sputnik Azərbaycan
Otman-Bozdağ palçıq vulkanında hazırda heç bir aktivlik müşahidə olunmur

Paşayev onu da vurğulayıb ki, Otman-Bozdağ palçıq vulkanı yaşayış məntəqəsindən uzaq olduğuna görə yaxınlıqda yaşayanlar üçün heç bir təhlükəsi yoxdur: "Belə bir yazılmamış qanun var ki, palçıq vulkanın yaxınlığında tikinti işləri aparılan zaman minimum 1 kilometr məsafə saxlanılmalıdır. Burda isə qəsəbəyə qədər 7-8 kilometr məsafə var. Yəni əhali üçün heç bir problem yoxdur".

Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

Xəbər lenti
0