BAKI, 26 sentyabr — Sputnik. Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
Sputnik Azərbaycan istinadla xəbər verir ki, “Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib. Bu, “Ariane-5" raket daşıyıcısı üçün yubiley — 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – “Azerspace-2” və “Horizons 3e” var. İkincisi Yaponiyaya məxsusdur.
“Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.