BAKI, 25 sentyabr — Sputnik. Hindistandan son illərin ən qorxulu cərrahiyyə əməliyyatlarından biri həyata keçirilib. Belə ki, 10 yaşlı qızın burnundan açıq vəziyyətdə olan sancaq çıxarılıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 yaşlı Moumita Leti burnunu sancaqla qaşımaq (təmizləmək) qərarına gəlib. Bu zaman əli titrəyib və sancaq burnunun dərinliyinə girib.
Səhər saatlarında baş verən hadisə zamanı uşağın burnu qanayıb. Qanı dayandırmaq mümkün olmayıb və qızı xəstəxanaya aparıblar. Həkimlər məsələni dəqiqləşdirmək üçün qızın başını rentgenə salıblar. Rentgen edən həkim gördüyündən şoka düşüb. Qızın burnunda sancaq tapan həkimlər dərhal əməliyyata başlayıblar. Hətta ailəsi belə, nə baş verdiyinin fərqində olmayıb.
Həkim deyib ki, sancağın açıq olması onların işini xeyli çətinləşdirib. Amma onlar sancağı balaca qızın burnundan çıxarmağı bacarıblar.
6 saat davam edən əməliyyat uğurla nəticələnib.