"Azərbaycan qida təhlükəsizliyi sahəsində böyük yol qət edib"

Abunə olmaq
Mələk Çakmak: "FAO Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirir"

BAKI, 25 sentyabr — Sputnik. "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirir. Ona görə FAO 2015-ci ildə Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisini açıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu FAO-nun ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bu gün "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O diqqətə çatdırıb ki, Azərbaycan FAO-dan kömək alan deyil, qurumla əməkdaşlıq edən bir ölkə kimi dəyərləndirilir: "Kənd yerindəki yoxsulluğun aradan qaldırılması təkcə kənd təsərrüfatının vəzifəsi deyil. Azərbaycanın iqtisadi inkişafı, qida təhlükəsizliyi sahəsindəki qət etdiyi yolu xüsusi vurğulanmalıdır".

Xəbər lenti
0