Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Motel cinayətində ilginc iz: Keçmiş məhbus daha əvvəl...

© Sputnik / Murad OrujovƏlində bıçaq tutmuş kişi, arxiv şəkli
Əlində bıçaq tutmuş kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron motelində qəsdən adamöldürmə faktı ilə bağlı saxlanılmış Kürdəmir rayon sakini əvvəllər də bir qızı öldürməyə cəhd edib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Keçmiş məhbusun ikinci qurbanı da qız olub. Abşeron motelində qəsdən adamöldürmə faktı ilə bağlı saxlanılmış Kürdəmir rayon sakini əvvəllər də bir qızı öldürməyə cəhd edib.

Bunu Sputnik Azərbaycan-a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

Qeyd edək ki, ötən bazar günü Abşeron rayonunun Fatmai qəsəbəsində yerləşən Oskar motelində amansız qətl hadisəsi baş verib. Cinayətin qurbanı 21 yaşlı Ucar rayon sakini olub. A.O. adlı gənc qız paytaxtda kirayə mənzildə yaşayırmış. Qətli törədəndən dərhal sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Lakin o bir neçə saat sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, həmin şəxs Kürdəmir rayon sakini, əvvəllər adam öldürməyə cəhd etdiyi üçün məhkumluq həyatı yaşamış Nəriman Əliyevdir. 

Hadisə yerində polis avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü

İlkin araşdırma zamanı məlum olub ki, kişi cəzaçəkmə müəssisəsindən cəmi bir il əvvəl azadlığa çıxıb. Əliyev sözügedən qızı motelə onunla birlikdə dincəlmək üçün aparıb. Moteldə Əliyevlə A.O. arasında mübahisə yaranıb və xüsusi amansızlıqla törədilmiş qətllə başa çatıb. Patoloqoanatomlar A.O.nun bədənində 11 bıçaq yarası aşkar ediblər.

Əliyev saxlanıldıqdan sonra verdiyi ilkin ifadəsində deyib ki, qızı onu aldatdığı üçün öldürüb.

Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, Əliyev qətli törətməyə hazırlıqlı gəlib. O, qızı görüşə çağırarkən özü ilə görüş yerinə bıçaqla silahlanaraq təşrif buyurub. Kişi A.O.-ya hücum etmək üçün saxta münaqişə yaradıb və bu yolla öz hərəkətinə haqq qazandırmağa çalışıb. Nəriman Əliyevin daha əvvəl hansı cinayət üstündə həbs olunduğunu xatırlayanda, istintaqın bu versiyası inandırıcı görünür.

Belə ki, 2003-cü ildə N.Əliyev Kürdəmir rayonunun Qaramahmudlu kənd sakini olan gənc qızı öldürməyə cəhd edib. O, həmin vaxt cəmi 20 yaşı olan sevdiyi gənc qızın kürəyinə bıçaqla zərbə endirib. Onda Əliyev istintaqa ifadəsində bildirmişdi ki, valideynləri qızı ona verməkdən imtina etdikləri üçün qızı öldürmək istəyib. Nəticədə həmin qız ömürlük şikəst qalıb. İndi o, əlil arabasının köməyi ilə hərəkət edir.

Xəbər lenti
0