Onlar milyard dollarlıq vəsaitdən imtina etdilər...

© REUTERS / Stephen CherninMayk Kriger (solda) və Kevin Sistrom
Mayk Kriger (solda) və  Kevin Sistrom - Sputnik Azərbaycan
Abunə olmaq
Instagram sosial şəbəkəsinin yaradıcıları Kevin Sistrom və Mayk Kriger istefa veriblər və yaxın həftələrdə şirkəti tərk etmək niyyətindədirlər.

BAKI, 25 sentyabr — Sputnik. Instagram sosial şəbəkəsinin yaradıcıları Kevin Sistrom və Mayk Kriger (Kevin Systrom and Mike Krieger) milyard dollarlıq vəsait qazandıqları iş yerlərindən öz arzuları ilə istefa veriblər və yaxın həftələrdə şirkəti tərk etmək niyyətindədirlər.

"Mayk və mən son 8 ili birlikdə keçirdiyimizə görə Instagram-a və altı ilimizi keçirdiyimiz Facebook komandasına minnətdarıq…. İndi biz həyatımızın yeni mərhələsinə hazırıq" — deyə Sistrom Instagram-ın saytında yer alan bəyanatında bildirib.

Sistromun sözlərinə görə, sosial şəbəkə xidmətinin yaradıcıları "öz maraq və yaradıcılıqlarını yenidən kəşf etmək üçün istirahət etməyə ehtiyac duyurlar".

New York Times qəzeti isə öz növbəsində bildirib ki, xidmətin rəhbəri Sistrom və texniki direktoru Kriger Instagram və Facebook şirkətlərinin rəhbər qrupunu tərk etmək qərarına gəldiklərini açıqlayıblar.

Instagram xidmətinin sahibi olan Facebook şirkətinin təmsilçiləri isə hələlik Sistrom və Krigerin qərarını şərh etməyiblər. Lakin qəzetlərin yazdığına görə, Sistrom və Krigerin şirkəti tərk etməsi Instagram-ın gələcəyini sual altında qoyur.

Instagram – 2010-cu ildə Kevin Sistrom və Mayk Kriger tərəfindən ABŞ-da yaradılıb. Foto və videoların pulsuz paylaşıldığı sosial şəbəkədir. 2012-ci ildə Facebook bu xidməti bir milyard dollara satın aldığını açıqlayıb.

Instagram hekayəsinin yaradıcıları — ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Stenfordun məzunları Kevin Sistrom və Mayk Kriger "öz övladları"nı bu qədər erkən satdıqları üçün yəqin ki, bu gün xeyli peşmandırlar. Çünki əgər Instagramı bu gün satsaydılar, 10-15 milyard dollar dəyərində vəsait əldə edə bilərdilər.

Xəbər lenti
0