Ermənistanda sıra məşhur generala çatdı

© Sputnik / Asatur YesayantsКомандующий войсками Полиции РА, заместителя начальника Полиции Левон Ераносян
Командующий войсками Полиции РА, заместителя начальника Полиции Левон Ераносян - Sputnik Azərbaycan
Abunə olmaq
Onun adı bir sıra dinc aksiyaları zorakılıqla dağıtmaqda hallanır

BAKI, 25 sentyabr — Sputnik. Ermənistan polisinin sabiq rəis müavini və daxili qoşunların sabiq komandanı general-leytenant Levon Yeranosyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılaraq ifadəsi alınıb.

Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, Yeranosyanın hansı cinayət işi çərçivəsində istintaqa cəlb edildiyi və dindirildiyi hələlik məlum deyil. Məlumata əsasən, erməni general Xüsusi İstintaq Xidmətində uzun müddət saxlanılıb və dindirilmə bir neçə saat çəkib.

Qeyd edək ki, onun adı bir sıra dinc aksiyaları zorakılıqla dağıtmaqda hallanır.

Xatırladaq ki, Sarqsyanın istefasından sonr hakimiyyətə gələn Nikol Paşinyan keçmiş hakimiyyət nümayəndələrinə qarşı cinayət işləri açdırıb. Hazırda eks-prezidentlər Serj Sarqsyan və Robert Koçaryanın da başı üzərində "qara buludlar" dolaşır.

Xəbər lenti
0