CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhali aldadılır, sizə göndərilən məlumatlara inanmayın

© Sputnik / Anar MustafayevWhatsApp mesenceri
WhatsApp mesenceri - Sputnik Azərbaycan
Abunə olmaq
Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik.

BAKI, 25 sentyabr — Sputnik. Whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması ilə əlaqədar vətəndaşlara naməlum şəsxlər tərəfindən məlumatlar göndərilib. Sputnik Azərbaycan xəbər verir ki, bu məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən münasibət bildirilib. Məlumatda deyilir ki, “Whatsapp”-da yayılan məlumatlar reallığı əks etdirmir: “Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur”.

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir.

Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik.

Xəbər lenti
0