"Versace" satıldı – 2 milyarda

© AFP 2024 / MIGUEL MEDINAVersace modalar evi
Versace modalar evi - Sputnik Azərbaycan
Abunə olmaq
Alqı-satqı haqqında müqavilə artıq sentyabrın 25-i imzalana bilər

BAKI, 25 sentyabr — Sputnik. İtaliyanın "Versace" modalar evi 2 milyard dollara ABŞ-ın "Michael Kors" şirkətinə satılacaq. Bu barədə Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir.

"Financial Times" nəşri öz mənbələrinə istinadən xəbər verir ki, alqı-satqı haqqında müqavilə artıq sentyabrın 25-i imzalana bilər.

"Michael Kors" və "Versace" şirkətləri məlumatı şərh etməkdə imtina edirlər.

Daha əvvəl yayılan məlumatda "Michael Kors"-un "Jimmy Choo" brendinə 1,2 milyard dollar ödəyəcəyi bildirilirdi.

Xəbər lenti
0