Cüdoçumuz dünya çempionatında ard-arda qələbələr qazanıb

© Photo : AZƏRTACCüdoçumuz Elmar Qasımov
Cüdoçumuz Elmar Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Qasımov hər iki rəqibini ippon ilə məğlub edib

BAKI, 25 sentyabr — Sputnik. Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Sputnik Azərbaycan xəbər verir ki, dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu — Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıb. 

Cüdo üzrə dünya çempionatının ikinci günü - Sputnik Azərbaycan
FOTO
Bakıda cüdo üzrə dünya çempionatı

Hər iki idmançımız mübarizəyə 100 kq çəki dərəcəsində qoşulublar. Elmar Qasımov dünya çempionatında hər iki görüşünü qələbə ilə başa vurub. Belə ki, o, 1/32 finalda İsveç idmançısı Martin Paceklə mübarizə aparıb və rəqibini ippon ilə məğlub edib.

Cüdoçumuz növbəti mərhələdə — 1/16 finalda Monteneqro təmsilçisi Danilo Pantiçlə mübarizəyə başlayıb. Qasımov bu qarşılaşmada da 1 dəqiqə 58 saniyəyə rəqibinə ipponla qalib gəlib.

Elmar Qasımov 1/8 finalda Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşacaq.

Eyni çəkidə mübarizə aparan digər idmançımız Zelim Kotsoyev isə isveçli Yoakim Dvarbiyə 3 dəqiqə 8 saniyəyə məğlub olub. O, rəqibin ağrıdıcı saxlama fəndi qarşılığında təslim olub.

Xəbər lenti
0