Çox vaxt ailələrdə nifaqın yaranmasında və ya ondan daha da pisi — ailələrin dağılmasında sosial şəbəkələrin rolu həddindən artıq şişirdilir. Virtual həyat real həyata təsir edir və bəzən düzəlməsi mümkün olmayan nəticələrə gətirib çıxarır.
Sosial şəbəkələrin həyatımıza neqativ təsirləri və virtual təhlükələrə qarşı necə effektiv müdafiə olunmağın yolları Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tanınmış jurnalistlər, psixoloqlar və ictimai xadimlər müzakirə ediblər.