CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələr gənclər üçün təhlükəlidir

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Роль социальных сетей в возникновении проблем в семьях"
Пресс-конференция на тему Роль социальных сетей в возникновении проблем в семьях - Sputnik Azərbaycan
Abunə olmaq
Gülnarə İnanc: "Sosial şəbəkələr insanları real həyatdan qoparır"

BAKI, 24 sentyabr — Sputnik. “Ailələrdə problemlərin yaranmasında sosial şəbəkələrin rolu” adlı tədbir həyata keçirilib.

Tədbiri ailə, qadın və uşaq problemləri üzrə ekspert Bəsti Nəsibova açıq elan edərək deyib ki, insanların sosial şəbəkələrdən çox istifadə etməsindən xəbərdardırlar: "Amma çoxu bunun zərərli və xeyirli tərəflərini bilmir. Bizim tədbiri keçirmə məqsədimiz də məhz bunun üçündür. Ekspertlərimiz vasitəsi ilə sosial şəbəkələrin insan həyatında rolunu müzakirə edəcəyik".

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gülay və Vüsal Fərzəliyevlərlə görüşdə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət xidmətinin rəisindən sosial şəbəkə fenomeninə böyük etimad

Psixoloq Gülnarə İnanc deyib ki, bu gün insanların əksəriyyəti həyatlarını sosial şəbəkələrsiz təsəvvür etmirlər: "Amma bunun da xeyirli və ziyanlı tərəfləri var. Dünya psixoloqları deyir ki, informasiya axını çoxdur, insanın bu qədər informasiyanı oxuması və öyrənməsi çətindir. Müasir psixologiya deyir ki, sosial şəbəkələr və telefona bağlılıq narkotik kimi zərərlidir. Milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir".

"Bu da insanları real həyatdan qoparır. Özünə qapanır, öz dünyasını yaradır və sonradan canlı ünsiyyətdən qaçır. Bunlar da insan psixologiyası üçün çox ziyanlıdır. Xüsusilə gənclər bu problemlərin içindədir. Çünki onlar daha çox sosial şəbəkələrdə daha çox istifadə edir. Sosial şəbəkələrdə uşaqlara aid olmayan oyun növləri yaradılır və bu da uşaqların psixologiyasına təsir edir. Ailədə qadın və kişi sosial şəbəkələrdə vaxt itirir və bu da ailənin inkişafına təsir edir və hətta boşanmaya səbəb olur" – deyə psixoloq əlavə edib.

© Sputnik / Murad Orujov“Ailələrdə problemlərin yaranmasında sosial şəbəkələrin rolu” adlı tədbir
“Ailələrdə problemlərin yaranmasında sosial şəbəkələrin rolu” adlı tədbir - Sputnik Azərbaycan
1/5
“Ailələrdə problemlərin yaranmasında sosial şəbəkələrin rolu” adlı tədbir

2/5

3/5

4/5

5/5

BDU-nun dekan müavini Sevinc Əliyeva da sosial şəbəkələrin günün ən aktual problemlərindən biri olduğunu vurğulayıb: "Mən tələbələrimə dərs deyəndə telefonu söndürürəm və tələbələri də 90 dəqiqə telefondan qopmalarını istəyirəm. Sosial şəbəkələr insanlarda cəsarəti itirir, üz-üzə danışmaq qabiliyyətini yoxa çıxır və mərdlikdən uzaqlaşdırır. Hər şey qədərində gözəldir. Ona görə sosial şəbəkələrdən həddində istifadə etmək lazımdır".

"Gənclər şifrələrini gizlədir. Hətta oğlum məni facebookda blok edib. Ondan səbəbini soruşdum. Dedi ki, gənclikdir və sənin görməməli olduğun yazışmalar var. Sənin görməyini istəmirəm. Yaxşı olar ki, ünsiyyət daha çox olsun. Əsas həyatda dostluqdur" – deyə S. Əliyeva əlavə edib.

Xəbər lenti
0