SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Niderland qəzeti Azərbaycandan yazdı

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidAmsterdam şəhəri, arxiv şəkli
Amsterdam şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, sərgi 28 sentyabr tarixinədək davam edəcək.

BAKI, 24 sentyabr — Sputnik. Niderlandın nüfuzlu "Diplomat magazine" jurnalında Azərbaycan haqqında məqalə işıq üzü görüb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyindən məlumat verilib.

Roy Strik tərəfindən yazılan məqalədə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən bu ilin 21 sentyabr tarixində Səfirliyin binasında keçirilmiş Niderlandda yaşayan həmvətənlərimiz Vəfa Rüstəmova və Rasim Hüseynovun rəsm əsərlərindən ibarət sərgi işıqlandırılıb.

© Photo : Diplomat MagazineMüvəqqəti işlər vəkili Cəlal Mirzəyevin açılış nitqi
Müvəqqəti işlər vəkili Cəlal Mirzəyevin açılış nitqi - Sputnik Azərbaycan
Müvəqqəti işlər vəkili Cəlal Mirzəyevin açılış nitqi

Qeyd edək ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Sərgidə xarici qonaqlar, yerli ictimaiyyətin nümayəndələri, habelə KİV təmsilçiləri iştirak edib.

© Photo : Diplomat MagazineVəfa Rüstəmova və Rasim Hüseynovun rəsm əsərlərindən ibarət sərgi
Vəfa Rüstəmova və Rasim Hüseynovun rəsm əsərlərindən ibarət sərgi  - Sputnik Azərbaycan
Vəfa Rüstəmova və Rasim Hüseynovun rəsm əsərlərindən ibarət sərgi

İştirakçılar arasında böyük marağa səbəb olan sərginin açılış nitqini müvəqqəti işlər vəkili C.Mirzəyev edib, AXC-nin Azərbaycan dövlətçiliyinin bərqərar olmasında vacib əhəmiyyəti, bu xüsusda, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət haqqında ətraflı məlumat verib. O daha sonra, bu kimi sərgilərin Azərbaycanın incəsənət və mədəniyyət sahəsində nailiyyətlərinin təbliğ olunmasında müstəsna rolunu qeyd edib. Sərgi çərçivəsində qonaqlar Azərbaycan mədəniyyəti və incəsənətinə heyranlıqlarını ifadə edib.

Qeyd edək ki, sərgi 28 sentyabr tarixinədək davam edəcək.

Xəbər lenti
0